Avropada ekstremal hava şəraiti onlarla insanın ölümünə səbəb olub
Bakı, 9 fevral, AZƏRTAC
Son həftələrdə Avropada güclü fırtınalar və sərt şaxtalar ciddi fəsadlar yaradıb.
AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, cənub ölkələrində daşqınlar, mərkəzi və şimal bölgələrdə isə güclü qar və buzlaşma müşahidə olunur.
“Kristin” və “Leonardo” adlı Atlantik fırtınaları nəticəsində Portuqaliyada azı 14 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb və ya evlərini tərk edib. Hökumət zərərçəkənlər üçün 2,5 milyard avroluq yardım paketi elan edib.
“Leonardo” fırtınasının gətirdiyi leysan yağışları İspaniyanın cənubunda 3–5 min nəfərin təxliyəsinə səbəb olub. Çaylar məcrasından çıxıb, məktəblər bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb.
Almaniyada buzlu yollar çoxsaylı yol qəzalarına yol açıb, ölən və yaralananlar var. Rumıniyada qırmızı xəbərdarlıq elan edilib, temperatur –15°C-yə, Latviyada isə –32°C-yə qədər enib.
Mütəxəssislərin fikrincə, Arktika üzərində baş verən qəfil stratosfer istiləşməsi qütb burulğanını zəiflədib və soyuq hava kütlələrinin Avropaya yayılmasına şərait yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]