YAPONİYANIN İKİ DİPLOMATI İRAQDA HƏLAK OLMUŞDUR
Yaponiyanın İngiltərədəki səfirliyinin mədəniyyət attaşesi 45 yaşlı Katsuşiko Oku və bu ölkənin İraqdakı səfirliyinin ikinci katibi 30 yaşlı Masamori İnoue həlak olmuşlar. Bu məlumat Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq edilmişdir. Diplomatlar İraqın bərpası üçün keçirilən beynəlxalq iclasda iştirak etmək məqsədi ilə Tiqrit şəhərinə getmişdilər.
Yaponiyanın baş naziri Juniçiro Koizumi ölkəsinin İraqın bərpası üçün yardım göstərmək istədiyini və bu terror hadisəsinə baxmayaraq başqa addım atmayacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [19:51]
İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib
- 13.06.2025 [17:52]
Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib
- 13.06.2025 [17:41]