Yardımlıda qanvermə aksiyası keçirilib



Yardımlı, 26 aprel, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Respublika Qan Bankı” publik hüquqi şəxsin təşəbbüsü ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [21:38]
Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub
- 17.05.2025 [18:14]
Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO
- 17.05.2025 [01:06]