ELM VƏ TƏHSİL
Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyi bu il 203 şagird bitirmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). 2011/2012-ci tədris ilində Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyi 203 şagird bitirmişdir.
Məktəb-liseyin direktoru, Əməkdar Müəllim Sabir Məmişov AZƏRTAC-a bildirmişdir ki, qəbul imtahanlarında iştirak etmiş 170 məzundan 108-i respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bundan əlavə, 24 məzun Türkiyə, Kipr, Rusiya, Ukrayna və Gürcüstanın tanınmış universitetlərində təhsil alacaqdır.
Məzunlardan 16 nəfəri ali məktəblərə qəbul imtahanlarında 500 baldan, dördü isə 600 baldan yüksək nəticə göstərmişdir.
Məktəbi bitirənlərdən 12-si ölkənin müxtəlif orta ixtisas məktəblərinə daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]