“Yaşıl istiqraz”lar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları müzakirə olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı tərəfindən “yaşıl istiqraz”lar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Dünya Bankının ekspertləri tərəfindən yaşıl istiqrazlar üzrə qlobal trendlər, əsas drayverlər və qabaqcıl ölkə təcrübələri, o cümlədən dayanıqlı maliyyələşmə sahəsində müasir yanaşmalar, maliyyə sektorunun bu sahədə rolu və məsuliyyəti, istifadə olunan alətlərlə bağlı təqdimatlar edilib, dayanıqlı maliyyələşmə və “yaşıl istiqraz”lar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları müzakirə olunub. İnteraktiv seminar formasında təşkil edilən tədbirdə iştirakçıların dayanıqlı maliyyələşmə və “yaşıl istiqraz”lar üzrə sualları ekspertlər tərəfindən cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]