DÜNYA
YASİR ƏRƏFAT MÜSTƏQİL FƏLƏSTİN DÖVLƏTİ YARADILDIQDAN SONRA HAKİMİYYƏTDƏN GEDƏCƏK
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Fələstin Milli Muxtariyyətinin (FMM) başçısı Yasir Ərəfat sensasiyalı bəyanat verərək, hakimiyətdən getməyə hazır olduğunu bildirmişdir. O demişdir: “Mən Nelson Mandela (Cənubi Afrika Respublikasının keçmiş lideri) kimi hərəkət etməyə və rəhbər vəzifədən getməyə hazıram, lakin yalnız müstəqil Fələstin dövləti yarandıqdan sonra”. Fələstin lideri bildirmişdir ki, gələcək dövlətə müəyyən müddət başçılıq edəcək, lakin sonra Prezident vəzifəsini başqasına verəcəkdir.
Ərəfat intifadı (İsrail əleyhinə üsyanı) dəstəkləmişdir. Onun sözlərinə görə, israillilər fələstinliləri silaha sarılmağa vadar etmişlər. O, qarşıdurmadan çıxış yolunu “Yol xəritəsi” planının əməli surətdə həyata keçirilməsində görür, lakin deyir ki, bunun üçün dünya birliyi İsrailə təzyiq göstərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]