Yaz sessiyasında 4813 tələbə təhsil krediti alıb
Bakı, 5 may, AZƏRTAC
2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 4813 nəfərə TTK verilib. Onlardan 1664 nəfərin müraciəti sosial TTK, 3149 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.