YAZLIQ DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏRİN ƏKİN SAHƏSİ 10,4 MİN HEKTAR ARTMIŞDIR
Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 1-nə olan məlumata görə, 267,2 min hektar (21,4 faiz çox) sahədə yazlıq bitkilər əkilmişdir. Bunun 37,8 min hektarını yazlıq dənli və dənli-paxlalı bitkilər təşkil etmişdir. Bütövlükdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq dənli və dənli-paxlalı bitkilərin əkin sahəsi 10,4 min hektar (38 faiz) artmışdır.
Cari il mayın 1-nə payızlıq, yazlıq dənli və dənli-paxlalı bitkilərin ümumi əkin sahəsi 856 min hektara, o cümlədən buğdanın əkin sahəsi 607,1 min hektara çatmışdır. Bu, taxıl istehsalının həcmini 2,3 milyon tona, buğda istehsalını isə 1,6 milyon tona qədər çatdırmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]