YƏHUDİ DİASPORLARI ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN MARAQLARINA UYĞUNDUR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün ABŞ-a getmişdir. Mayın 4-də Vaşinqtonda Amerika Yəhudiləri Komitəsinin yubileyi ilə bağlı konfrans keçiriləcəkdir. Tədbirdə ABŞ Prezidenti, Almaniyanın, Avstriyanın, İsrailin baş nazirləri, digər dövlətlərin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.
ABŞ-a səfəri çərçivəsində N.İbrahimov Nyu-Yorkda və Vaşinqtonda Azərbaycan diaspor təşkilatlarının üzvləri görüşəcəkdir.
Komitədən bildirmişlər ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ-da yaşayan Azərbaycan və yəhudi icmaları arasında yaxın əlaqələr vardır. Komitə sədrinin Amerika Yəhudiləri Komitəsinin yubiley tədbirlərində iştirakı bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və yəhudi diasporları arasında sıx əməkdaşlıq ölkəmizin maraqlarına uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]