SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MİTİNQ KEÇİRƏCƏKDİR
Fevralın 21-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə saat 15-dən -17-dək Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrı) qarşısında Xocalı faciəsinin ildönümü münasibətilə YAP üzvlərinin, Məşvərət Məclisinə daxil olan partiyaların, qeyri-hökumət təşkilatlarının mitinqi keçiriləcəkdir.
YAP mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mitinqdə Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanınması məqsədi ilə beynəlxalq təşkilatlara müraciət qəbul olunacaqdır.
Mitinqin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.