YENİ AZƏRBAYCAN PARTİYASINDA GÖRÜŞ
Ə.Əhmədov ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan partiyanın sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi uzaqgörən siyasətdən danışdı, YAP-ın fəaliyyəti barədə məlumat verdi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında YAP və ƏİP arasında əməkdaşlığın əhəmiyyətli rol oynadığını bildirərək dedi ki, hər iki partiya öz fəaliyyətini bəşəri dəyərlər üzərində qurmuşdur. Bütün məsələlərdə Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür. Dövlətlərimiz və xalqlarımız dünyada və regionda sülhün, əmin-amanlığın tərəfdarıdır.
Hakim partiyaların gənclər birlikləri arasında əlaqələrin genişlənməsini əlamətdar hal kimi dəyərləndirən Ə.Əhmədov vurğuladı ki, gələcəyimiz olan gənclər müasir elmlərə daha dərindən yiyələnməli və öz intellektlərinin gücü ilə dövlətlərimizin qüdrətlənməsinə, ölkələrimizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinə, xalqlarımızın firavanlığına xidmət etməlidirlər.
Bakıya səfərdən məmnunluqlarını bildirən H.Tütünçü onlara Azərbaycan barədə daha geniş məlumat əldə etmək üçün imkan yaradıldığına görə minnətdarlığını ifadə etdi. O, əmin olduğunu vurğuladı ki, hakim partiyaların gənclər birlikləri arasında əlaqələrin inkişafı ölkələrimizin münasibətlərinin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinə xatirə abidəsinin ucaldılması bir daha təsdiq edir ki, xalqlarımız bir-birilərinə qırılmaz tellərlə bağlıdırlar.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.
Türkiyə gənclərinin Azərbaycana səfəri davam edir.