Yerevan polisi nümayişçiləri “Soros” fondunun ofisinə tərəf buraxmayıb
Bakı, 3 iyun, AZƏRTAC
Yerevan polisi Ermənistanda açıq cəmiyyət fondunun (“Soros” fondu) fəaliyyətinin dayandırılmasını tələb edən nümayişçiləri təşkilatın ofisinə tərəf buraxmayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Veto” ictimai-siyasi hərəkatının təşkil etdiyi aksiyanın iştirakçıları polis səddini yarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Belçikada “sarı jiletlər” aksiyasının aktiv iştirakçılarından biri Krist Berteryan da Yerevandakı etirazlara qoşulub. Aksiya iştirakçıları “Soros” fondunu Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edirlər.
“Mən polislərdən əvvəllər məhkəmə və hökumət binalarının, həmçinin Milli Məclisin qarşısında nümayişlər keçirərək onların işini iflic etməyə, konstitusiya quruluşunun devrilməsi yolu ilə hakimiyyəti ələ keçirməyə imkan verdikləri halda, “Soros” fondunun ofisi qarşısında dinc aksiya keçirməyimizə nə üçün icazə vermədikləri ilə maraqlandım. Mənə heç kim cavab vermədi”, - aksiyanın təşkilatçısı Narek Malyan jurnalistlərə belə deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]