Yevlaxda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar
Bakı, 10 may, AZƏRTAC
Yevlax sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.
Həmin şəxslərlə bağlı aparılan təhqiqat zamanı onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, qrup üzvlərinin aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32 min ABŞ dolları məbləğində pul və 18 min 645 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqları da müəyyənləşib.
Görülmüş tədbirlərlə qrupun digər üzvü - R.Cabbarov da saxlanılıb.
Polis əməkdaşları 10 min ABŞ dollarını və qızıl-zinət əşyalarının bir qismini maddi sübut kimi onlardan götürüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]