Yevlaxda “Oxu günü” keçirilib
Yevlax, 23 aprel, AZƏRTAC
Yevlax rayon Heydər Əliyev Mərkəzinin qarşısında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə keçirilən “Oxu günü” maraqlı və yaddaqalan olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunan tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirdə kitab sərgisi nümayiş olunub, məktəblilər Azərbaycan şairlərinin şerlərini söyləyib, mahnılar ifa edib, səhnəciklər göstəriblər.