CƏMİYYƏT
Yol-nəqliyyat hadisəsini törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Nahidə Verdiyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
Gəncə Şəhər Baş Polis İdarəsi və Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Bəxtiyar Bayramov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Quba rayonunun Vəlvələ kəndində isə rayon sakini Kamal Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini Əhməd Tahirovu vurmuşdur.
Hadisə nəticəsində velosipedçi dünyasını dəyişmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.