Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yola salınan teatr mövsümü Milli Dram Teatrı üçün məhsuldar olub

Yola salınan teatr mövsümü Milli Dram Teatrı üçün məhsuldar olub

Bakı, 11 iyul, AZƏRTAC

Yola salınan teatr mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar.

Teatrın mətbuat katibi Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq.

“Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki - bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər. Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub. Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gənc rejissorlar Anar Babalı və Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”, -deyə C. Zeynallı söyləyib.

Mətbuat katibi əlavə edib ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb: “Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb. Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki, mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq Artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub. Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından Xalq Artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, Xalq Artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov Xalq artisti, Rövşən Kərimduxt Əməkdar Artist fəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb. Yola saldığımız mövsümdə yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu” tamaşaları təhvil verilib.

Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib