Yüksək Texnologiyalar Parkında yerli və xarici şirkətlərin nümayəndələri ilə görüş
Bakı, 15 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) yerli “Azmetkim” MMC və Latviya Respublikasının “Polystylex” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
YTP-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların və innovativ layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətov bildirib ki, əməkdaşlıqda məqsəd təşkilatlararası iki və üçtərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinin təmin edilməsidir. Həmçinin YTP, “Azmetkim” MMC və “Polystylex” şirkəti ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Görüşdə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinin innovasiya xarakterli yeni layihələrin işlənilməsinə, hazırlanmasına və kommersiyalaşdırılmasına yeni imkanlar açacağı vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]