“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib
Bakı, 12 may, AZƏRAC
Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq Evində “Yüksəliş” müsabiqəsinin iştirakçıları və qalibləri ilə görüş keçirilib. Görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadilələri aparılıb.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən məlumat verilib. Muzeyin direktoru akademik Rafael Hüseynov gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [13:02]
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib
- 12.05.2026 [11:19]
“Məktəbdə...” layihəsinin növbəti qonağı Xalq artisti Eldar Mansurov olacaq
- 12.05.2026 [10:15]
ADPU-da intellektual festival: “BrainXfest”
- 11.05.2026 [23:21]
Bakıda özbək ədəbiyyatına dair mühüm tədqiqat əsəri nəşr olunub
- 11.05.2026 [21:05]
WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı
- 10.05.2026 [22:01]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [18:18]