İDMAN
Yunanıstan komandası qadınlar arasında su polosu yarışlarında bürünc medala sahib olub [YENİLƏNİB]
Yunanıstan komandası su polosu üzrə qadınların yarışında üçüncü yeri tutub. Yunanıstanlılar bürünc medalları İtaliya üzərində 8:7 hesabı ilə qələbə qazanaraq əldə ediblər.
Hazırda qızıl medal uğrunda Rusiya və İspaniya komandaları mübarizə aparır.
16:28
Qadınlar arasında 9-10-cu yerlər uğrunda qarşılaşan Serbiya-Fransa komandalarının oyunu 7:3 hesabı ilə nəticələnib. Yarışlarda 7-8-ci yerlər uğrunda mübarizədə Almaniya millisi 13:11 hesabı ilə Slovakiya kollektivinə qalib gəlib. 5-6-cı yerlər uğrunda qarşılaşmada isə Macarıstan komandası Niderland yığmasını 10:9 hesabı ilə məğlub edib.
Saat 18:00-da İtaliya və Yunanıstan komandaları bürünc medal uğrunda üz-üzə gələcək.
12:49
Bakı, 20 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 20-də “Bakı-2015” birinci Avropa Oyunlarında su polosu üzrə qadınlardan ibarət komandaların yarışlarının sonuncu gününə start verilib.
AZƏRTAC xəbər verir ki, hazırda 9-10-cu yerlər uğrunda Serbiya və Fransa komandaları qarşılaşır. Daha sonra 7-8-ci yerləri tutmaq üçün Slovakiya və Almaniya, 5-6-cı yerlər uğrunda isə Niderland ilə Macarıstan komandaları üz-üzə gələcək.