Yunanıstanda 148 Ukrayna vətəndaşı saxlanılıb
Kiyev, 15 mart, AZƏRTAC
Yunanıstanda 148 Ukrayna vətəndaşı saxlanılıb. Onlardan 132 nəfəri miqrantları qanunsuz daşımaqda ittiham olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yunanıstan Ədliyyə Nazirliyi Ukrayna tərəfinə məlumat verib ki, saxlanılan 148 ukraynalının 105 nəfəri barəsində müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzası verilib. 43 nəfər barəsində istintaq əməliyyat tədbirləri aparılır.
Yunanıstan qanunvericiliyində qeyd olunur ki, miqrantların qanunsuz daşınmasına görə vətəndaşlar 25 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]