Yunanıstanda yanğınlar səbəbindən “narıncı” təhlükə kodu elan olunub
Afina, 28 iyun, AZƏRTAC
Yunanıstanda güclü külək, 38 dərəcədən çox isti hava şəraiti və yanğınlar səbəbindən Vətəndaş Müdafiəsi Baş Katibliyi tərəfindən ölkənin Attika, Beotia, Eviya, Korintia və Arqolida bölgələrində “narıncı” təhlükə kodu elan edilib.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, Xalkidiki, Evros, Eqey adalarının şimal-şərq tərəfi, şərqi Fessaliya və Peloponnesin şimal-qərbində yanğınların baş verməsi təhlükəsi də var.
Qeyd edək ki, artıq bir neçə ildir Yunanıstan isti hava şəraiti səbəbindən yanğınlarla üzləşir. Bunların bəziləri təbii xarakter daşıyır. Hər il yanğınlar ölkənin hektarlarla meşə sahəsini məhv edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]