Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.