CƏMİYYƏT
Yunis Orucov: İnformasiyaların ötürülməsində milli kimlik qorunmalıdır
Bakı, 24 noyabr, AZƏRTAC
İnformasiyaların ötürülməsində milli kimlik qorunmalıdır. Çap mediasının əsas silahı maraqlı olmaq, oxucunun tələblərinə cavab verməkdir. Bu, çap mediasının yaşaması üçün mühüm amildir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə deyib.
İnformasiya və texnologiyanın müsbət tərəflərindən danışan "Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi onun mənfi təsirlərini də qeyd edib. Vətən müharibəsi dövründə kiberhücumları xatırladan Y.Orucov risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.