YUNİSEF-İN RESPUBLİKAMIZDAKI TƏMSİLÇİSİ CİLAN VİKASIN ÇIXIŞI
YUNİSEF-in respublikamızdakı təmsilçisi CİLAN VİKAS Azərbaycan müəllimlərinin bu möhtəşəm qurultayında iştirak etməyin böyük şərəf olduğunu vurğuladı və dedi ki, Təhsil Nazirliyi ilə yaxın əməkdaşlığımızı və Azərbaycanda təhsilin səviyyəsinin, keyfiyyətinin yaxşılaşdırılmasından ötrü görülən işləri yüksək dəyərləndiririk. Hesab edirik ki, təhsil sahəsində milli məqsədlərə nail olmaqda uşaqların təlim-tərbiyəsinə cavabdeh olan müəllimlərin rolu son dərəcə əhəmiyyətlidir. Təhsildə şagirdlərin nailiyyətlər əldə etmələri üçün onların öz potensiallarından tam istifadə olunmalıdır. Bu istiqamətdə qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcəkdir. Əminik ki, Təhsil Nazirliyi və YUNİSEF arasında olan yüksək səviyyəli əməkdaşlıq Azərbaycan uşaqlarının rifahı naminə daha da möhkəmlənəcəkdir.
Sonra o, YUNİSEF-in icraçı direktorunun təbrik məktubunu oxudu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]