Zərurət olan küçə və prospektlərdə ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Ölkədə böyük şəhərlərin zərurət olan küçə və prospektlərində ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.
Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq. Avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək. Avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]