Zeytun yağından istifadə bütün səbəblərdən ölüm riskini azaldır
Bakı, 15 sentyabr, AZƏRTAC
Zeytun yağından müntəzəm istifadə ürək-damar xəstəlikləri və xərçəng xəstəliyi də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltmağa kömək edir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Migel Hernandez Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlardan sonra belə nəticəyə gəliblər.
Universitetin saytında dərc edilən məqalədə qeyd olunur ki, mütəxəssislər 18 il ərzində 1500-dən çox iştirakçının pəhrizini və həyat tərzini təhlil ediblər. Nəticədə zeytun yağından müntəzəm istifadənin ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltdığı məlum olub. “Gün ərzində iki və ya daha çox xörək qaşığı zeytun yağı istifadə etmək tövsiyə olunur”, - deyə tədqiqat müəllifləri bildirib.
“On səkkiz illik müşahidələr nəticəsində məlum olub ki, gündə iki və ya daha çox xörək qaşığı zeytun yağından müntəzəm istifadə ümumi ölüm riskini 31 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, xərçəng xəstəliyindən ölüm riskini isə 51 faiz azalır”, - deyə ekspertlər vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]