“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə həyata keçirdiyi bahar kampaniyasının müddətini uzadıb. Kampaniya çərçivəsində kredit şərtləri üzrə tətbiq edilən xüsusi güzəştlər davam edir.
Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununla yanaşı, bank kredit rəsmiləşdirilməsi üzrə komissiya haqqına 70 faiz güzəşt təqdim edir. Beləliklə, bankın istehlak kreditləri üzrə faiz dərəcələri 10,9 faizdən, komissiya isə 0,3 faizədən başlayır. Müştərilər kampaniya çərçivəsində kreditə həm “Ziraat Bank Azərbaycan”ın İnternet Bankçılığı vasitəsilə onlayn qaydada, həm də filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.
Bahar kampaniyası 19 iyun tarixinədək qüvvədə olacaq.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasının 162 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.