Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zirvəyə gedən yol...

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan musiqisinə şöhrət gətirən məşhur sənət korifeyləri sırasında böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə illərdir ki, dünyanın nəhəng konsert salonlarında səslənir. Bu gün bu böyük sənətkarın anadan olmasından 102 il ötür.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadənin bu münasibətlə AZƏRTAC-a təqdim etdiyi məqalədə də görkəmli bəstəkarın zəngin və bənzərsiz yaradıcılığından bəhs olunur.

Azərbaycan musiqisində yeni nəfəs

Deyirlər insanın alın yazısı əvvəldən müəyyən olunur. Ömür yolunda enişlər də olur, yoxuşlar da, qələbə də olur, uğursuzluq da, sevgi də, xəyanət də...

Zirvəyə qalxıram dolama yolla,

Zirvənin yolu birbaşa deyil...

N. Həsənzadə.

Körpəlikdən boya-başa çatdığın ailənin ab-havasını həmişə “özündə yaşadırsan” yaşından asılı olmayaraq... Atası Mürsəl Qarayev dövrünün böyük ziyalılarından biri, təcrübəli uşaq həkimi, xeyirxah insan idi. Kimsəsiz uşaqları müalicəsi ilə yanaşı, onları dava-dərmanla da təchiz edərdi. Oğlunu da həkim görmək arzusundaydı... Anası, ziyalı Sona xanım hekayələr yazıb çap etdirərdi. Uşaqların tərbiyəsi ilə məşğul olardı... O, isə musiqi yolunu seçdi. Ulduz kimi parlayan, hər yerə işıq saçan nəhəng, titanik qüvvəyə malik bəstəkar oldu.

Qara Qarayev... 5 fevral 1918-ci il. Doğulduğu yer - Bakı şəhəri. Dünya şöhrətli Azərbaycan bəstəkarı, ictimai xadim və əvəzsiz pedaqoq...

İstedadını ilk görən dahi Üzeyir Hacıbəyli olur. Onun R.Rzanın sözlərinə yazdığı “Ürək nəğməsi” kantatasını eşidəndən sonra, adəti üzrə bığlarını tumarlayıb - “bu gəncin böyük istedadı var, gələcəyi parlaqdı”, - demişdi. O zaman Qara Qarayev Konservatoriyada (indi Bakı Musiqi Akademiyası) iki fakültədə, fortepiano və bəstəkarlıq ixtisasları üzrə təhsil alırdı. Fortepiano sinfində istedadlı pianoçular nəsli yetişdirmiş gözəl pedaqoq, professor Georgi Şaroyevdən, bəstəkarlıq üzrə Leopold Rudolfdan, “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə isə Üzeyir Hacıbəylidən dərs alıb. Üzeyir bəyin tövsiyəsi ilə təhsilini davam etmək üçün Cövdət Hacıyevlə birgə P.Çaykovski adına Moskva Konservatoriyasına göndərilir. Orada dünya şöhrətli Dmitri Şostakoviçdən sənətin sirlərini öyrənir.

Azərbaycan musiqisinə yeni nəfəs gətirərək - “Üzeyir bəyin əsasını qoyaraq getdiyi yolu biz qısa zaman kəsiyində keçmişik. Buna baxmayaraq, dünya təcrübəsini daha dərindən öyrənməliyik”, - deyirdi Qara Qarayev.

Zamanı not işarələri ilə yazmaq mümkün olsaydı...

“Gecikmək olmaz, irəliyə!”,- bu onun yaradıcılıq kredosu idi. “Vətən” operası (C.Hacıyevlə birgə), “Leyli və Məcnun” simfonik poeması, iki simli kvarteti, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, Azərbaycan süitası, Alban rapsodiyası, üç simfoniyası, skripka və orkestr üçün konserti, fortepiano prelüdləri, kino və tamaşalara yazdığı musiqilər və digər kamera əsərlərində axtarışlarını davam edən bəstəkar zamanın döyünən nəbzini öncədən duyurdu. “Əgər zamanı not işarələri ilə yazmaq mümkün olsaydı, XX əsri - tezləşdirmə və gücü artırma - sürətilə işarə edərdim. Sənətkar bəzən öz tapıntılarından imtina etməyə iradə, güc tapmalıdır”, - deyərdi görkəmli bəstəkar.

Q.Qarayev həyatında enişli-yoxuşlu yollardan qorxmayaraq aşırımları adlayan sənətkar idi. Musiqi dilinin olduqca mürəkkəbliyinə, “formalist axtarışlarına” görə ittiham olunmasına baxmayaraq, heç zaman geriyə çəkilməzdi. Bu sıxıntılar, çəkişmələr və mübarizə pərdəsi arxasında işləyir və qalib çıxırdı. Müəyyən zaman keçəndən sonra isə yazdıqları klassika hesab olundu. Vaxtilə “Leyli və Məcnun” simfonik poemasına (1948) istehzayla yanaşıb, onun üslubunu bəyənməyən, qəti qəbul etməyən, ya da qısqananlar “bu bizim musiqi deyil”, - deyənlər də çox idi...

Azərbaycanın Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin söylədilkərindən: “O, təkcə bəstəkarlıqla məşğul olsaydı, daha çox əsər yazardı. Cəmi 64 il yaşadı. İctimai fəaliyyəti, təbii ki, çox vaxt aparırdı. Ali Sovetin deputatı kimi Moskvaya iclaslara gedir, MK-nın üzvü kimi plenumlarda iştirak edir, SSRİ Bəstəkarlar İttifaqının katibi kimi bu işi də aparır, öz seçiciləri ilə görüşürdü. Azərbaycan Dövlət Konservatoriyasının rektoru, nəhayət, hər zaman gördüyü işə olduqca məsuliyyətlə yanaşan gözəl pedaqoq idi... Bütün bunlara baxmayaraq o, həm az, həm də çox iş gördü. O, elə bir iz qoyub getdi ki, çoxları nə qədər məhsuldar işləsə belə, bu işləri görməmişlər”.

Özünə inanırsansa, dinləyicinə də inan

Qara Qarayev nəinki zamanın nəbzini tutur, həm də ölkənin musiqi həyatında baş verən hər bir hadisənin onunla bağlı olmasını hiss edirdi. O, təbiətən lider idi. Təbii ki, hər bir yaradıcı şəxsiyyət kimi, o da getdiyi yolun düz olub-olmaması barədə şübhələri yaşayırdı... Moskvadakı təhsildən sonrakı illər... Müəyyən “fasilədən” sonra II simli kvartetini yazır. Bu əsər Azərbaycan kamera instrumental musiqisinin gözəl nümunələrindən biri olur. İkinci dəfə bu yaşantı 60-cı illərə təsadüf edirdi. “Yazdıqlarım mənə sadəlövh, həddindən artıq səmimi və emosional görünür”, - deyirdi. Lakin Qara Qarayev bu illərdə bir çox mükafatlara layiq görülmüşdü. “Dağları yaran” buzqıran gəmisi tək III simfoniyasını (1964) və skripka və orkestr üçün konsertini (1967) yazır. “Musiqidə özümü amansızcasına “sındırdım”. Öz dəst-xətti, fitri istedadı, böyük zəhməti sayəsində yaratdığı əsərləri ilə Azərbaycan mədəniyyətinin qüdrətli nümayəndələri sülaləsinə daxil olur və musiqi mədəniyyəti tariximizdə yeni səhifə açır. Dünya şöhrətli skripkaçı Qidon Kremerin dediklərindən: “Bu konsertin fəlsəfi, dərin sonluğu var. Skripka konserti - musiqidə öz yolu olan, fəlsəfi ümumiləşmə gücünə malik musiqi əsəridir. Bundan əlavə, Qarayevin əsərlərində güclü intellektual yanaşma var. Müəllif üçün hər hansı məktəbə aid olması deyil, dəsti-xətt vacibdir. Onun prelyüdləri, simfonik poemaları, kamera əsərləri artıq Azərbaycan məkanından çıxaraq dünyəvi müasir klassika məkanına daxil olmuşdur".

“Dinləyici qarşısında məsuliyyəti heç zaman unutmamalısan. Özünə inanırsansa, dinləyicinə də inan. Əgər yazı texnologiyalarının arxasında aydın, ürəyə yaxın məzmun durursa, əlbəttə, sənin dinləyicin səni duyacaq hər zaman!”, -deyərdi tələbələrinə.

Müəlliminin nəsihətlərinə əməl etdi

Onun Üzeyir bəylə əlaqəsi müəlliminin yaradıcılıq prinsiplərini yeni mərhələyə qaldırması, Şərq və Qərb musiqi mədəniyyəti qanunauyğunluqlarının sintezi ilə bağlıdır. Əgər Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin başlanğıcında duraraq onun inkişafının gələcək platformasını uzaqgörənliklə müəyyənləşdirdisə, Qara Qarayev də onun nəsihətlərinə əməl etdi.

Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəsti-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola “işıq” salıb, onları bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi “texniki yazılara” yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi... B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov.... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır... Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...

“Şagirdlər bizim ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir”. Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini “yonan” heykəltəraş, şair təbiətli əbədi romantik, bəzən “Don Kixot”, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman sözün əsl mənasında sənət fədaisi, Vətən, torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...

Planlaşdırdığı layihələri çox idi. “Hamlet”, “Leyli və Məcnun”, “Don Juan” baletləri, “Gözəl Yusif” operası, "Oxuyan daşlar" simfonik süitası, simfo-caz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir"- deyərdi. Arzular tükənməz olur.

Ölüm - yeni həyatın dünyaya gəlməsidir

Ad günü keçirməyi sevməzdi...

Otuz altı il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma vətəndə torpaqda tapşırıldı...

Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.

Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Ad günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman səslənən musiqisidir”, - deyir oğlu Fərəc Qarayev.

Ruhun şad olsun, Maestro!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub