“ZOLOTOY VİTYAZ” BEYNƏLXALQ KİNOFORUMUNDA AZƏRBAYCAN FİLMİ DƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
AZƏRTAC “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, burada 2007-ci ildə rejissor Tahir Əliyevin quruluşunda istehsal olunmuş “Səhra gülü” sənədli filmi Moskvada keçiriləcək “Zolotoy Vityaz” Beynəlxalq Kinoforumuna dəvət almışdır.
Mayın 22-dən 31-dək davam edəcək Kinoforumda 35-ə yaxın ölkədən 300 kinematoqrafın 250-dən artıq filmi nümayiş olunacaqdır.
Xatırladaq ki, nüfuzlu beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək “Səhra gülü” filimində 2-ci Dünya müharibəsində əsir düşmüş azərbaycanlı döyüşçü Əhəd Əliyevlə Çexiyanın Sudet əyalətindən olan alman qadın Erika Hanpelin əfsanəvi məhəbbətindən danışılır.
Bu, “Səhra gülü”nün iştirak etdiyi üçüncü beynəlxalq kinofestivaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]