Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələr təmir olunur

24.06.2022 [18:56]
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir. Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Kürdəxanı ...

Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisin bir qrup deputatı ilə görüşüb

24.06.2022 [18:47]
İyunun 24-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında işgüzar görüş keçirilib. ASA-dan AZƏRTAC-a verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri ...

Birləşmiş Ərəb Əmirlikləri investorlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək

24.06.2022 [18:38]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib. “Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna ...

® “Ziraat Bank Azərbaycan”ın rəhbərliyinə yeni təyinat

24.06.2022 [18:37]
“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni təyinat olub. Belə ki, “Ziraat Bank Azərbaycan”ın daxil olduğu, dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq ...

Hesablama Palatasında kollegiya iclası keçirilib

24.06.2022 [18:28]
İyunun 24-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib. Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda sədr Vüqar Gülməmmədovun Prezident İlham Əliyevin 2022-ci il 22 iyun tarixli Sərəncamına əsasən ...

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,4 faiz olub

24.06.2022 [18:18]
2022-ci ilin may ayında ötən ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 100,6 faiz, heyvandarlıq məhsulları üzrə 100,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin aprel ayı ilə müqayisədə ...

Dövlət Xidməti dəmir yolu fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib

24.06.2022 [18:14]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib ...

Yükdaşıma fəaliyyəti göstərən vergiödəyicisinə hansı sənəd verilməlidir?

24.06.2022 [17:58]
Mülkiyyətində olan nəqliyyat vasitəsilə malların daşınmasını həyata keçirən vergiödəyicisinə həmin malların daşınmasına görə hansı sənəd verilməlidir? AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən ...

Azərbaycan və Gürcüstan maliyyə-bank sektorunda əməkdaşlığı müzakirə edib

24.06.2022 [17:52]
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Gürcüstan Milli Bankının sədri Koba Gvenetadze ilə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə sədr məlumat verib. “Gürcüstan Milli Bankının sədri Gvenetadze Koba ilə görüşdə ölkələrimizin ...

“FİNCA Azərbaycan”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2022 [17:44]
İyunun 24-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA Azərbaycan” QBKT MMM-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 30 min ədəd, nominal dəyəri ...

Birləşmiş Ərəb Əmirlikləri ilə yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

24.06.2022 [17:36]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (Moiatuae), ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib ...

Nazir Rəşad Nəbiyev Şamaxıda vətəndaşlarla görüşəcək

24.06.2022 [17:34]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ...

İyunun 28-nə USD/AZN rəsmi məzənnəsi

24.06.2022 [17:30]
Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın iyunun 28-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

® SOMERSBY – Danimarka üslubunda yay şənlikləri!

24.06.2022 [17:11]
23 iyun tarixində “Atelier 61” restoranının terrasında bloger və jurnalistlər üçün Danimarkanın SOMERSBY brendinin təqdimatı keçirilib. Təqdimat SOMERSBY əsasında hazırlanmış müəllif kokteyllərinin dequstasiyası, populyar DJ ifasında yay “svinq seti” və brend atmosferini yaratmaq üçün ...

Qazaxıstan aviaşirkəti Nur-Sultan və Aktobedən Bakıya reyslərə başlayır

24.06.2022 [17:07]
Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Nur-Sultan – Bakı – Nur-Sultan, Aktobe-Bakı–Aktobe və əks istiqamətlərdə reyslərə başlayır. AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, uçuşlara iyunun 7-də start veriləcək və həftədə iki dəfə (cümə axşamı və bazar günləri) yerinə yetiriləcək. Reyslər Kanada istehsalı olan 86 sərnişin tutumuna ...

Noyabrda Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək

24.06.2022 [16:41]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb. KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik və təşkilat arasında əməkdaşlığın ...

KOBİA və Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib

24.06.2022 [16:29]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte ilə görüşüb. KOBİA-dan AZƏRTAC-a ...

“Dənizçi Günü” ilə əlaqədar tədbir təşkil olunub

24.06.2022 [16:08]
25 iyun “Dənizçi Günü” ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir ...

Vergiödəyicisi dövriyyə ilə bağlı rəsmi arayış üçün hara müraciət edə bilər?

24.06.2022 [16:06]
Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar 2021-ci ilin son rübündəki dövriyyəyə dair rəsmi arayış almaq üçün hara müraciət etməlidir? AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin 2022-ci il aprelin 11-də təsdiq olunmuş “Vergiödəyicilərinə göstərilən xidmətlərin vahid ...