Dövlət Xidməti: Bu il haqsız rəqabətlə bağlı 60-dan çox şikayət daxil olub
Bakı, 23 dekabr, AZƏRTAC
Bu il haqsız rəqabətlə bağlı 60-dan çox şikayət daxil olub və araşdırmalara başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədrinin müşaviri Cəfər Babayev II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Aqrar tərəfdaşlıq: Dayanıqlı inkişaf və qida təhlükəsizliyi” mövzusunda paneldə deyib.
O qeyd edib ki, haqsız rəqabət üzrə şikayətlərin əsas hissəsi kənd təsərrüfatı ilə bağlıdır.