SİYASƏT
XİN: Türkiyə və Yunanıstandakı zəlzələlərdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələlərdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar.
Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək.