REGİONLAR
Fövqəladə hallar naziri Oğuzda vətəndaşları qəbul edib VİDEO
Oğuz, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 22-də Oğuz şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə əlaqədar müraciət etmiş 52 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.