Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan fudokançıları Sloveniyanın Podsetrtek şəhərində keçirilən Avropa çempionatında 8 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, uşaqlar arasında Mövlan Məmmədli qızıl, Mənsumə Məmmədli bürünc, yeniyetmələrin yarışında Leyla Mahmudlu, Rəşidə Qafarlı bürünc, gənclərdə İsmayıl İbrahimli və Şəhriyar Behbudzadə bürünc, böyüklərdə isə Vahid Həsənov və Kamran Heydərzadə qızıl medal qazanıblar.
Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadəyə karatenin dünyada inkişafına verdiyi töhfələrə görə təşəkkür diplomu təqdim olunub.