Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatına dair təqdimat keçirilib VİDEO

Pekin, 1 iyun, AZƏRTAC

Pekində davam edən 6-cı Çin beynəlxalq ticarət xidməti sərgisi - CIFTIS çərçivəsində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatı mövzusunda təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və ölkəmizin Çindəki səfirliyinin dəstəyi, Azərbaycanın Pekindəki ticarət nümayəndəliyinin və CIFTIS-in təşkilat komitəsinin birgə əməkdaşlığı ilə keçirilən tədbirdə yerli iş adamları, biznes assosiasiyalarının nümayəndələri, turizm şirkətlərinin əməkdaşları iştirak ediblər. Təqdimat yerli sahibkarların diqqətini Azərbaycana yönəltmək, çinli investorları üçün ölkəmizdəki əlverişli biznes mühitinin üstünlükləri barədə məlumatlandırmaq, bundan başqa, çinli turistləri ölkəmizə səyahətə təşviq etmək məqsədilə təşkil olunub.

Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündəki rolu barədə çıxış edən ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi-nəqliyyat imkanları ilə bu strategiyanın icrasına töhfələr verir. Ötən ay Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu təşəbbüsün icrasına hərtərəfli dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.

T.Nadiroğlu mühüm ticarət yollarının üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Çin ilə Avropa arasında yüklərin daha tez müddətə daşınmasını həyata keçirdiyini bildirib. Azərbaycan təkcə tranzit ölkə olmağı deyil, həm də daha çox xarici, o cümlədən Çin investorlarını ölkə iqtisadiyyatına cəlb etməklə istehsalçı və ixracatçı dövlət olmağı hədəfləyib.

Qeyd olunub ki, "Bir kəmər, bir yol" təşəbbüsünün irəli sürülməsindən sonra Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq ötən il 1,3 milyard dollar təşkil edib. Keçən ay Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollarlıq 10 sənəd imzalanıb. "Made in Azerbaijan" brendi ilə istehsal olunan məhsulların Çinə ixracının təmin olunması məqsədilə Şanxay, Urumçi və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Azərbaycandan Çinin bir neçə şəhərinə ixrac missiyaları təşkil edilib. Bundan başqa, Azərbaycan birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla bu ölkədə keçirilən sərgilərdə fəal iştirak edir. Bütün bunlar ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli faktlardır.

"Azərbaycanın investisiya mühiti və əsas iqtisadi göstəriciləri" mövzusunda təqdimatla çıxış edən ticarət nümayəndəliyinin əməkdaşı Natiq Xəlilov ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlərdən, irimiqyaslı infrastruktur layihələrdən, iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində invsetorlar üçün yaradılmış əlverişli şəraitdən danışıb, sənaye parklarındakı imtiyazlı şərait və çinli iş adamları üçün maraq doğuracaq investisiya sahələri barədə məlumat verib. O, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığı və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialına dair təqdimatda ölkəmizdə bu sahənin inkişafından, Bakıda və regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyətindən söz açılıb. Bildirilib ki, hazırda Bakı ilə Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə "ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Pekin nümayəndəliyinin rəhbəri Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verərək deyib ki, şirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Qərargahı "Skytrax" auditor şirkətinin "5 ulduz" reytinqinə layiq gördüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən AZAL hazırda Bakı-Pekin-Bakı istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirir. Gələcəkdə Bakıdan Çinin digər şəhərlərinə də reyslərin açılması planları var.

Lucou şəhərindəki Azərbaycan Ticarət Evini işlədən "Eastern Allfriends" şirkətinin icraçı direktoru Lin Qan Azərbaycan məhsullarının bu ölkəyə ixrac vəziyyətindən və imkanlardan, Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun məsul işçisi Yu Bin Azərbaycanın şərabçılıq ənənələri, dadı və keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının Çinə ixracı barədə danışıb. Sonda tədbir iştirakçılarının müxtəlif mövzularda sualları cavablandırılıb.

Qeyd edək ki, ümumilikdə 137 ölkənin təmsil olunduğu bu ilki CIFTIS sərgisində Azərbaycan öz milli pavilyonu ilə ilk dəfə iştirak edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Pekində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatına dair təqdimat keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır