Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya sərhədi istiqamətində yeni yolun tikintisi davam edir VİDEO

Bakı, 3 iyun, AZƏRTAC 

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhəi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur.

Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahiliboyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənardadır. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Layihə 4 lotdan ibarətdir. Birinci lot yeni yolun 0-29,9, ikinci 29,9-53,5, üçüncü 53,5-73,5, dördüncü lot isə 73,5-92-ci kilometrlik hissələri əhatə edir. Hazırda işlər 1-ci və 2-ci lot üzrə aparılır. Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci kilometrlik (7 kilometr) hissəsinə düşməklə tikinti işləri yeni yolun 30-cu kilometrinə kimi aparılır.

Aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədən kənarlaşdırılıb, köhnə asfalt frezlənib. Həmçinin layihəboyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, beton yolda, həmçinin yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb.

Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 7-10, 25-29-cu kilometrlik hissələrində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 poqonmetri artıq quraşdırılıb, kommunikasiya xətlərinin köçürülməsi isə 98 faiz yerinə yetirilib.

Layihənin 2-ci lotu üzrə hazırda işlər yolun 30-38 və 41-47-ci kilometrlik hissəsində aparılır. Yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq 28 suötürücü boru və 1 yeraltı keçid inşa edilib, 2 borunun tikintisi və 4 tunelin inşası isə davam edir.

Qeyd edək ki, yeni yolun sözügedən hissələrində 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 9 avtomobil tuneli, 1 yeraltı keçid, 74 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton suötürücü boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Yeni inşa edilən yol 92 kilometr sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonu, Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək.

Ümumilikdə sözügedən hissədə 8 qovşaq və yol ötürücü körpünün, 16 hidravlik və kanal körpüsünün, kəndlərarası düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik düzbucaqlı boru və 190 metr uzunluğunda müxtəlif diametrlərdə dairəvi beton suötürücü borular, həmçinin 2708 metr uzunluğunda, 500 millimetr diametrdə dəmir borular və digər beton qurğularının tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi icra olunub.

Tikinti işləri layihənin 157-192 kilometrlik (35 kilometr) hissəsində görülüb və bu hissəsində qazma və dolğu işləri tamamlanıb. Bu hissədə yol geyimi işləri, yəni hamarlayıcı lay, əsasın alt layı və əsas lay işləri görülüb, asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Paralel olaraq yolun 137-192 kilometrlik (55 kilometr) hissəsində layihə çərçivəsində həmçinin su ötürücü və drenaj işləri görülüb, alt və ehtiyat keçidləri tikilib. Hazırda ərazidə torpaq dolğusu işləri aparılır.

Bundan başqa, layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svay vurma işləri və sair tikinti işləri qismən görülüb.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 2017-ci il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməl qoyma mərasimi keçirilib.

Rusiya sərhədi istiqamətində yeni yolun tikintisi davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fond: Beş il ərzində 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib

Günvurma zamanı nə etməli və nə etməməli?

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Cografiyaşünas-alim: Azərbaycanda yüksək temperatur təbii iqlim prosesidir

Xiyabanlarda tərənnüm edilən dostluq: Daşkənddəki Heydər Əliyev parkında gəzinti - REPORTAJ

“Real Madrid” Bernardu Silvanı transfer edib

Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

Yaponiya MERCOSUR ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir - ŞƏRH

Neymar fərdi məşqlərə başlayıb

Fond: Ötən 5 ildə tələbə kreditləri proqramı üzrə 80 milyon manatdan artıq vəsait xərclənib

Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının növbəti nömrəsi nəşr edilib

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

TTKF üzrə yüzlərlə tələbəyə güzəşt tətbiq olunub

Ötən beş ildə Təhsil Tələbə Krediti Fonduna 101 mindən çox müraciət daxil olub

Orxan Zeynalov: Azərbaycan regional enerji və rəqəmsal dəhlizlərin formalaşmasında mühüm rol oynayır

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

İndoneziyada Levotobi vulkanı altı dəfə püskürüb

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq

Abşeron çimərliklərində hava necə olacaq?

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

AZPROMO: Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib

Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

Çində ilk Qlobal İdarəetmə Forumu keçiriləcək

Şavkat Mirziyoyev: Biz Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk

Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub

Vüqar Nadirov: “Qarabağ”ın Avropa Liqasında daha da irəli gedəcəyinə inanıram

Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyində və yaşıl keçiddə regional rolunu gücləndirir

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Özbəkistan səfiri: Azərbaycanın sosial xidmətlər və rəqəmsal idarəetmə sahəsində təcrübəsini öyrənirik

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub

Fransada güclü istilər səbəbindən imtahanlar təxirə salına bilər

“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” - təlim

Cevdet Yılmaz: Türkiyə TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcək

Alimlər xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlayıblar

Azərbaycan regionda yeni geosiyasi reallıqların müəllifidir ŞƏRH

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik

Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyi tamam olur

FAO: Qlobal akvamədəniyyət istehsal həcminə görə ilk dəfə dəniz balıqçılığını geridə qoyub

Psixiatriya yardımı sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi nəzərdə tutulur

KOBİA: KOB-ların yaşıl keçidi üçün güclü tərəfdaşlıq və maliyyə dəstəyi vacibdir

Xəzər dənizində zəlzələ qeydə alınıb

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

Malayziya Mərkəzi Bankının sədr müavini: Hazırda ən aktual məsələlərdən biri gəlir və yaşayış xərcləri ilə bağlı təzyiqlərdir

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

Bu saata olan əsas xəbərlər

Azərbaycan millisinin futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

INCEIF: İslam maliyyəsi nəticəyönümlü və dayanıqlı maliyyə modelinə doğru inkişaf edir

Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq

Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır

BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

İran xam neft ixracına başlayıb

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ VİDEO

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ VİDEO

AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək

“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər

Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır

Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır VİDEO

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır VİDEO

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir VİDEO

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir VİDEO

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb VİDEO

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb VİDEO

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayı üzrə sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir