FHN-in rəhbərliyi Yevlax, Mingəçevir və Ağdaşda vətəndaşların qəbulunu keçirib VİDEO
Yevlax, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Həmin gün Fövqəladə Hallar nazirinin müavinləri Ragim Lətifov Mingəçevirdə, Orucəli Hacıyev isə Ağdaşda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.