CƏMİYYƏT
Koronavirusa yoluxma hallarının 45 faizi Bakıda qeydə alınıb VİDEO
Bakı, 6 may, AZƏRTAC
Koronavirusa yoluxma hallarının 45 faizi Bakıda qeydə alınıb. Paytaxtda ən çox yoluxma faktı Yasamal və Sabunçu rayonlarında müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, yoluxma hallarının 14 faizi Gəncə-Qazax bölgəsində, 10 faizi isə Lənkəranda aşkarlanıb. Naxçıvanda isə bu rəqəm 0.2 faizdir.
O, həmçinin deyib: "Son zamanlar Gəncə-Qazax bölgəsində yoluxma hallarında artım qeydə alınıb. İşçi qrupu yoluxma faktlarının artımını müəyyənləşdirmək üçün həmin zonaya ezam olunub. Məlum olub ki, əhali karantin rejiminin qaydalarına əməl etmir və nəticədə yoluxma halları artır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]