Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 1 iyun, AZƏRTAC 

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bankın prezidenti Masatsuqu Asakavanı salamlayan Prezident İlham Əliyev dedi:

-Sabahınız xeyir, cənab prezident. Sizi görmək çox xoşdur.

Masatsuqu Asakava: Sabahınız xeyir, cənab Prezident. Çox sağ olun. Gərgin iş qrafikinizə baxmayaraq, vaxt tapıb bizimlə görüşdüyünüzə görə təşəkkür edirik. Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Burada söhbət təkcə bir sıra layihələrdən getmir, həmçinin bizim birgə regional əməkdaşlığımız da mövcuddur. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olmuşdur.

Şəxsən Sizinlə və hökumətinizlə birbaşa əlaqə mən və heyətim üçün olduqca vacibdir. Biz etibarlı tərəfdaşınız olaraq COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyirik. Bu, bizə ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcəkdir.

Bu videokonfransa Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald, bankın vitse-prezidenti Şiksin Çen, Mərkəzi və Qərbi Asiya üzrə baş direktor Verner Lipax və bankın Azərbaycan ofisinin direktoru Nariman Mannapbekov da qoşulub.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab prezident. İlk növbədə, sizi Asiya İnkişaf Bankının prezidenti seçilməyiniz münasibətilə təbrik etmək və fəaliyyətinizdə uğurlar arzulamaq istərdim. Əminəm ki, sizin rəhbərliyiniz dövründə Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, sıx şəkildə işləməyə davam edəcək. Qeyd etdiyiniz kimi, biz çox güclü tərəfdaşlıq qurmuşuq. Biz hamımız Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirildiyini xatırlayırıq. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlaməti idi və görüş çox uğurla keçdi.

Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.

Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır.

Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.

Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub.

Masatsuqu Asakava: Təşəkkür edirəm, cənab Prezident. Pandemiya ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı həyata keçirdiyiniz nəhəng islahat paketi barədə mənə məlumat verilib. Sizin rəhbərliyinizlə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi məndə dərin təəssürat yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib.

Bununla yanaşı, fürsətdən istifadə edərək, hökumətinizin 13-cü Asiya İnkişaf Fonduna töhfə vermək qərarına görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır. Təşəkkür edirəm.

COVID-19-la bağlı vəziyyətə gəldikdə, mənə hökumətiniz tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması barədə məlumat verilib. Bu, onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir.

Cari ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi göstəriciləri kifayət qədər sabit olmuşdur. Dövlət büdcəsinə daxilolmalarda artımın olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında güclü azalma riskləri ehtimalı mövcuddur. Bu baxımdan, tərəfinizdən ümumi daxili məhsulun 4,3 faizinə bərabər, geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayırıq. Bildiyim qədər, Azərbaycanın Mərkəzi Bankı da maliyyə sektorunun dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava rəhbərlik etdiyi qurumun COVID-19-la mübarizə sahəsində dəstək paketi haqqında məlumat verdi. Bildirdi ki, bu paketə tibbi ləvazimat və şəxsi qoruyucu vasitələrin alınması üçün qrantların ayrılması, iqtisadiyyata və cəmiyyətə təsirin azaldılması üçün büdcə dəstəyi, özəl sektorda işlə təminatın və fəaliyyətin dayanıqlı olması üçün kredit və zəmanətlərin verilməsi məsələləri daxildir. O, 2016-cı ildə neftin qiymətinin kəskin aşağı düşdüyü bir şəraitdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı bankın Azərbaycanla əməkdaşlığı məsələsinə də toxundu. Bildirdi ki, bank tərəfindən hazırda ölkələrin bütün ehtiyaclarının qarşılanması və Asiya İnkişaf Bankı ilə uzunmüddətli əlçatanlığın təmin edilməsi məqsədilə müvafiq meyarlara cavabvermənin dəyərləndirilməsi aparılır və beləliklə, hər bir ölkə üçün kreditin maksimal məbləğı müəyyən edilir.

Prezident İlham Əliyev: Çox sağ olun, cənab prezident. Əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.

Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı.

Sonra çıxış edən Azərbaycanın Maliyyə naziri Samir Şərifov dedi: Çox sağ olun, cənab Prezident, prezident Asakava. Cənab Prezident, söhbətinizin davamı olaraq bildirmək istərdim ki, hazırda biz Asiya İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları strategiyası əsasında işləyirik. Bu strategiya çərçivəsində Asiya İnkişaf Bankı qarşıdakı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Bildirmək istərdim ki, hazırda onlar, həmçinin Azərbaycanla bağlı çox mühüm texniki yardım proqramlarında olduqca fəal iştirak edirlər. Onların bir neçəsi həqiqətən də çox mühümdür, xüsusilə layihəyə hazırlıq mexanizmi. Bu da, həmçinin kredit vasitəsilə tamamlana bilən texniki yardım proqramıdır. Cənab Prezident, başqa bir mühüm layihə startapların yaradılması üçün texniki yardım layihəsidir. Bunlar olduqca mühüm layihələrdir.

Maliyyə naziri Samir Şərifov Azərbaycanda peşə təlimi sisteminin gücləndirilməsi məsələsi ilə bağlı bankla əməkdaşlığa toxunaraq bildirdi ki, hazırda Asiya İnkişaf Bankının təqdim etdiyi peşə təhsili təlimi layihəsi ilə əlaqədar bu qurumla Təhsil Nazirliyi arasında müzakirələr başlayıb. Nazir qeyd etdi ki, digər layihə əsasən özəl və maliyyə sektoru ilə bağlıdır. Bildirdi ki, ənənəvi layihələr arasında suvarma layihələri var. Asiya İnkişaf Bankı dövlətimizin başçısının imzaladığı Fərmanla Azərbaycanda sudan istifadə məsələləri ilə məşğul olmaq üçün hökumət yanında Operativ Qərargahın yaradılmasından məlumatlıdır və bu məsələyə töhfə vermək niyyətindədir. Samir Şərifov dedi ki, Asiya İnkişaf Bankı bu sahədə Naxçıvan Muxtar Respublikasında layihəni nəzərdən keçirməyi təklif edir.

Masatsuqu Asakava: Azərbaycanın dayanıqlı inkişafına verdiyimiz töhfənin hansı şəkildə olması aydın oldu. İcazə verin, bir neçə məqamı qeyd edim. Asiya İnkişaf Bankı Sizin hökumətinizin iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və inklüziv artımın təşviqinə, eləcə də koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verdiyi dəstəyi davam etdirəcək. Bu halda, şaxələndirilmiş iqtisadiyyatın tələbatlarına daha yaxşı cavab vermək, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq etmək üçün infrastrukturun da inkişafı nəzərdə tutulur. Bütün bunlar Sizin ölkənizlə apardığımız tərəfdaşlığın strateji prioritetləridir. Dövlət və özəl sektorlar arasında tərəfdaşlıq hökumətlə həyata keçirdiyimiz layihələrin əsas mövzusu kimi qalmaqdadır. İdarəçilik sahəsində olduqca fəal mövqedən çıxış etməliyik. Bu sahəyə xarici borcun ümumi daxili məhsula nisbəti məsələsi aiddir və bu nisbət gözlənildiyindən daha sürətli templə azalmaqdadır. Mən mövqeyinizi tam anlayıram ki, Siz innovativ, tam yeni texnoloji layihələrə sərmayələrin yatırılmasını dəstəkləyirsiniz. Bundan irəli gələrək, rəhbərlik etdiyim heyət əlindən gələni edir ki, bütün həmin layihələrin hiss olunan nəticələri yüksək texnologiyalar sahəsində olsun. İstərdik ki, onların hökumətin strateji hesab etdiyi sahələrə böyük təsiri özünü göstərsin. Məsələn, su ehtiyatları, idarəçilik, maliyyə, enerji səmərəliliyi və digər sahələr.

Bir sözlə, yuxarıda qeyd olunanlardan irəli gələrək və hökumət orqanları ilə məsləhətləşərək, mənim əməkdaşlarım bir sıra sənədləri hazırlayıblar. Birincisi, cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, suvarma və drenaj sistemlərinin inkişaf etdirilməsi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, ikincisi, peşə təhsili və ticarətin liberallaşdırılması da nəzərdə tutduğumuz proqramın bir hissəsidir. Nəhayət üçüncüsü katalizator rolunu oynayacaq kiçik və orta sahibkarlığın maliyyələşdirilməsidir. Biz, həmçinin elektrik enerjisinin paylanması sahəsində götürdüyümüz öhdəliklərə sadiq qalırıq. Bu məqsədlə, elektrik şəbəkəsinin təkmilləşdirilməsinə sərmayə proqramı nəzərdə tutulur. Əgər Sizin hökumət müsbət qərar verərsə, bu proqramlar icra oluna bilər.

Cənab Prezident, Siz, həmçinin Cənub Qaz Dəhlizi layihəsini qeyd etdiniz. Mən bu layihənin əsas mərhələlərinin başa çatması münasibətilə Sizi təbrik edirəm. Asiya İnkişaf Bankı da bu layihənin cari il ərzində tam başa çatdırılması məqsədilə maliyyə dəstəyini davam etdirəcək.

Sonra bankın Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Verner Lipax çıxış edərək dedi: Təşəkkür edirəm, cənab Prezident. Burada olmağıma çox şadam. İcazənizlə xatırladım ki, biz Sizinlə 2018-ci ildə görüşmüşük. Həmin vaxt Siz bizi kənd təsərrüfatı torpaqlarında suvarmanın yüksək texnologiyalarını tətbiq etməyə dəvət etdiniz. Siz Asiya İnkişaf Bankının Naxçıvan Muxtar Respublikasında aparılan işlərə verdiyi töhfəsini qeyd etdiniz. Bunun əsasında, biz Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsini hazırlamağa başladıq. Bu ilin yanvar ayında suvarma sistemlərinin texniki əsaslandırılması məqsədilə 1,2 milyon dollar həcmində qrant ayrılmışdır. May ayında biz bu sənədi Sizin Sərəncamınızla 2020-ci ilin aprel ayında yaradılmış Dövlət Su Ehtiyatları Komissiyasına rəy almaq üçün təqdim etmişik. Əslində, bu layihə su kanallarında geomembran texnologiyasının tətbiqini, kanal istiqamətinin seçilməsində Coğrafi İnformasiya Sistemindən istifadəni, nəzarət qurğularını və məlumat bazasının qurulmasını, o cümlədən SKADA sistemindən istifadəni nəzərdə tutur. Həmçinin kənardan idarə edilməsi, peyklə baxış üsulu ilə suyun məhsuldarlığı və sistemin işləməsi də sınaqdan keçiriləcək. Bütün bu işlər torpaqların şoranlaşmasının azaldılmasına və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönəlib.

Verner Lipax peşə təhsili sistemində ölkəmizlə əməkdaşlığın genişləndirilməsi sahəsində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, bu ilin fevralında peşə təhsilinin inkişafı ilə bağlı təklif edilmiş proqram Dördüncü Sənaye İnqilabına uyğunlaşmaq baxımından seçilmiş sənaye sahələrinə və peşə bacarıqlarının formalaşdırılmasına yönəlir. Bu, həm də Davosda əldə olunmuş razılıq əsasında Bakıda Dördüncü Sənaye İnqilabının regional mərkəzinin yaradılması ideyası ilə üst-üstə düşür. Daha sonra o, kiçik və orta müəssisələr üçün maliyyə işlərinin tənzimlənməsi layihəsi barədə danışdı və bildirdi ki, kiçik şirkətlərin həvəsləndirilməsi, onların maliyyəyə çıxışının təkmilləşdirilməsi üçün hökumət ilkin mərhələ üzrə maliyyələşdirmə portfelini hazırlaya bilər. Verner Lipax bu məqsədlə hökumətə pul vəsaitləri ayırmalarının və həmin kreditlər portfelinin yerli valyuta ilə, yəni, manatla formalaşdırılmasının mümkünlüyünü vurğuladı.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər. Buna görə də xüsusilə indi, fəal sənaye inkişafını yaşadığımız bir dönəmdə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir. Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az - 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır. Odur ki, mən peşə təlimi ilə məşğul olmağımızı çox dəstəkləyirəm və həmçinin kiçik və orta müəssisələrə yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə özəl sektora dəstəyiniz də çox faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir.

Suvarma ilə bağlı məsələlərə gəldikdə, sizin mənim müraciətimə cavabınız üçün minnətdaram. Mənə verilən məlumata görə, Naxçıvandakı suvarma layihəsi indi artıq razılaşdırılmağa çox yaxındır. Mənə məlumat verildi ki, kreditin ümumi məbləği təqribən 100 milyon ABŞ dolları olacaqdır. Hesab edirəm ki, bu, Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün çox faydalı olacaqdır. Biz dövlət investisiya proqramı vasitəsilə Naxçıvanın irriqasiya sahəsində inkişafına hər il sərmayə yatırırıq. Lakin əlbəttə ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis təcrübəniz çox faydalı olacaqdır. Bundan əlavə, sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olarıq.

Bu gün toxunmaq istədiyim digər bir məsələ, - siz artıq onu qeyd etdiniz, - enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim.

Həmçinin sizin də düzgün qeyd etdiyiniz kimi, Davos Dünya İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və mən Davosda Azərbaycanda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədi imzaladıq. Hesab edirəm ki, bu, bizim sənaye inkişafında gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin bir nümunəsidir. Biz nəinki təkcə Azərbaycan üçün, eyni zamanda, region üçün çox güclü platformanın necə inkişaf etdirilməsi ilə bağlı sizinlə işləməyə hazırıq ki, çox imkanlar yaratmaq məqsədilə mövcud infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın coğrafi mövqeyindən istifadə etmək mümkün olsun.

Toxunmaq istədiyim digər bir məsələ budur ki, biz dəmir yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik. Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir.

Masatsuqu Asakava: Çox sağ olun, cənab Prezident. Çox şadam ki, biz Asiya İnkişaf Bankının suvarma, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələri vasitəsilə Azərbaycanın dayanıqlı inkişafına hansı şəkildə töhfə verəcəyi ilə bağlı eyni fikirdəyik. Cənab Prezident, Siz, həmçinin bərpa olunan enerjini qeyd etdiniz. Bu sahəyə də biz böyük töhfə vermək istərdik. Eyni zamanda, Siz dəmir yolu sisteminin bərpasını qeyd etdiniz. Asiya İnkişaf Bankının ciddi şəkildə hansı töhfə verə biləcəyi üzərində düşünəcəyik və qısa zamanda Sizə cavab verəcəyik.

Verner Lipax: Bir sözlə, əvvəlki təcrübəmizə əsaslanaraq, yeni işləri icra edə bilərik. Fikrimcə, həmkarlarımız Sizinlə bu gündəliyin icrası üçün işləməkdən çox məmnun olardı. Sağ olun.

Prezident İlham Əliyev: Çox yaxşı.

Masatsuqu Asakava: Biz Azərbaycandakı vəziyyətlə bağlı çox faydalı müzakirə üçün olduqca minnətdarıq. Biz qadağalar aradan götürülən kimi mümkün qədər qısa müddətdə və Sizin vaxtınız olarsa, Azərbaycana səfər etməyi arzulayırıq.

Prezident İlham Əliyev: Çox sağ olun, cənab prezident. Bu mühüm məsələlərlə bağlı sizinlə müzakirə aparmaq imkanına görə təşəkkür edirəm. Cənab prezident və iştirakçılar, əminəm ki, pandemiya bitən kimi bizə sizi Azərbaycanda qəbul etmək şərəfi nəsib olacaq. Mən sizi dəvət edirəm, bu məsələləri həll etməyə də sizi dəvət edirəm. Komandalarımız bu gün müzakirə etdiyimiz məsələlər üzərində çalışmağa davam edəcəklər. Çox sağ olun.

Masatsuqu Asakava: Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib  YENİLƏNİB VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir