15 İYUN ƏN YENİ TARİXİMİZİN BAŞLANĞICIDIR
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov tədbiri açaraq demişdir ki, 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı dağılmaq təhlükəsindən xilas edərək dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Sonra rayon ağsaqqalları, ziyalılar çıxış edərək, xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Doğma xalqının müstəqil yaşamaq iqtidarına malik olduğunu bütün dünyaya sübut edən ulu öndərin uzaqgörən siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçıları Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən olan Milli Qurtuluş gününü müstəqilliyimizin başlanğıc günü kimi dəyərləndirmişlər. Mərasim rayonun musiqi kollektivlərinin çıxışları ilə başa çatmışdır.