Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib YENİLƏNİB VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin xalqa
müraciəti

-Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.

Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.

Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı - BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq.

Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri - “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara - məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!

Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam.

Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib YENİLƏNİB  VİDEO ​

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib

Kuşner ərazi məsələsini Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb

Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb

İsmayıllıda yol qəzasında bir nəfər ölüb

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib