Xaçmazda meşədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb VİDEO
Xaçmaz, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Turist qəsəbə sakini Rauf Əlimuradovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı qəsəbə ərazisində yerləşən meşəlik sahəyə keçirilən baxış zamanı, oradan R.Əlimuradov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilən 142 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri cari ilin aprel ayında əkdiyini və aqrotexniki qaydada qulluq edərək becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.