Azərbaycan Dövlət İnformasiya Agentliyi

2020-ci il gimnastlarımızın Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb

Bakı, 29 dekabr, AZƏRTAC

2020-ci il bütün dünyada olduğu kimi, ölkəmiz üçün də gözlənilməz hadisələrlə yadda qaldı. Azərbaycan Gimnastika Federasiyasının (AGF) aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirildi. Ötən ilin nəticələrinə əsasən AGF bir daha “Mükafatlandırılan federasiyalar”ın siyahısında birinci oldu. AGF altı il ərzində - 2014-2019-cu illərdə ardıcıl olaraq FIG-in 10 ən güclü federasiyalarının siyahısında yer alıb, son üç ildə isə həmin siyahıya liderlik edib.

AGF-dən AZƏRTAC-a bildiriblər ki, yola saldığımız 2020-ci ilin gimnastika təqvimi bir sıra yarışlar və tədbirlərlə zəngin olsa da, dünyanı bürümüş COVID-19 pandemiyası səbəbindən həmin turnirlərin bir çoxu ləğv edildi və ya təxirə salındı. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirildi.

Pandemiya AGF-in fəaliyyətindən də təsirsiz ötüşmədi. Belə ki, federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edildi, dünya çempionatı da daxil üç yarış təxirə salındı, iki Avropa birinciliyinin keçirilməsi isə Bakıdan digər ölkəyə köçürüldü.

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində 3 yarışa ev sahibliyi etməyə nail oldu. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli dünya kubokunda iştirak etmək üçün ölkəmizin paytaxtına təşrif buyurdular. Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci “AGF Junior Trophy” turnirində mübarizə apardılar. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq yığma komandamızın hesabına 2 gümüş və 1 bürünc medal yazdırdılar.

Bunun ardınca ölkəmizdə Olimpiadaya lisenziya xarakterli daha bir yarış - idman gimnastikası üzrə dünya kuboku təşkil edildi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv olundu. Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda qadın idman gimnastımız Marina Nekrasova bürünc medal əldə etdi.

2020-ci ildə gimnastlarımız üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa çempionatında iştirak oldu. Bədii gimnastlarımız bu yarışda üçqat uğura imza atdılar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə gümüş medala layiq görüldülər. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır. Daha bir medalı - bürüncü istedadlı qrup komandamız 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə əldə etdi. Növbəti medal isə komanda hesabında qazanıldı. Qrup və gənc gimnastlarımızın (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olundu.

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də dünya mediası daxil hər kəsin diqqətini cəlb etdi və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olundu.

Martdan etibarən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edildi. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı idman yarışlarının da keçirilməsi, o cümlədən idman zallarında məşqlər qadağan olundu. Buna baxmayaraq, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olundu. AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirdi. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edildi və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlandı. Bundan əlavə səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsilə də geniş əhali kütləsinə təqdim edildi. AGF, həmçinin əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirici videoçarxlar da hazırlayaraq, sosial şəbəkə hesablarında paylaşır.

Karantində idman zalları bağlı olsa da, gimnastlarımız məşqlərini evdə davam etdirdilər. Gimnastlarımızla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verirdilər. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və “challenge”lərdə iştirak ediblər, həmçinin, özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edilib. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib. Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıblar.

Bu müddətdə Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutdu. “Battle” adlanan bu yarışda hər iki ölkənin “Tokio-2020” Olimpiadasına lisenziya qazanmış komandaları iştirak ediblər. Yarışın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək idi.

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib.

Bundan başqa, Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

AGF tərəfindən bu il həm də ilk dəfə “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunub. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.

Yola saldığımız il bütün dünya ölkələri üçün olduğu kimi, Azərbaycan üçün də fərqli bir il oldu. Qarşıya çıxmış müəyyən məhdudiyyətlər və çətinliklərə baxmayaraq, bu ildə federasiya bir sıra yenilikləri də sınaqdan keçirdi və yeni bacarıqlar əldə etdi. Qarşıda isə bizi mühüm gimnastika tədbirləri ilə zəngin yeni bir il gözləyir. Azərbaycan Gimnastika Federasiyası növbəti ildə hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar arzu edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir