ELM VƏ TƏHSİL


2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri müzakirə edilib

2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri müzakirə edilib

Bakı, 12 noyabr, AZƏRTAC

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat, magistratura və orta ixtisas təhsili səviyyələri üzrə xüsusi qabiliyyət imtahanlarına aid işçi qrupunun iclası keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda teatr, kino və xoreoqrafiya sənəti istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri iştirak ediblər.

2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, QABİS informasiya sistemində ekspertlər haqqında məlumatların yerləşdirilməsi müzakirələrin əsas mövzusu olub.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində dərc ediləcək.

DİM qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq Mərkəzin nəşrlərini və saytını izləməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.