“20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda elmi seminar keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində (İB) 20 Yanvar hadisələrinin iyirmi dördüncü ildönümü ilə bağlı “20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda elmi seminar keçirilmişdir.
GEAD İB-dən AZƏRTAC-a bildirmişlər ki, seminarın qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Almaz Binnətova olmuşdur.
Əvvəlcə seminar iştirakçıları 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
20 Yanvar hadisəsi zamanı şəhid olmuş gənc şairimiz Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova çıxış edərək seminarın keçirilməsinin əhəmiyyətindən söhbət açmışdır. Qeyd etmişdir ki, 20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları həmişə ədəbiyyatımızda öz aktuallığını qorumuş və qoruyacaqdır. Çünki bu günahsız, əliyalın insanlara qarşı törədilmiş bir faciədir. Bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkmişlər.
Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirən A.Binnətova 20 Yanvar şəhidləri ilə bağlı yazılmış kitab və məqalələrlə bağlı ətraflı məlumat vermişdir.
Görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran A.Binnətova onlara mövzu ilə bağlı tövsiyələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]