İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Bakı, 5 iyun, AZƏRTAC
Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda diplomatik təmsilçiliyi çox məhduddur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir diqqətə çatdırıb ki, hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı edib, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilib. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim baş konsulluğumuz fəaliyyətə keçib. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Bir neçə həftə sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin şəxs saxlanılıb, o, ittiham olunur və ona qarşı cinayət işi açılıb. İrandakı baş konsulluğumuzun əməkdaşları ilə tələbə arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkili istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlanılır, məsələ nəzarətimizdədir”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [22:32]
Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub
- 29.05.2026 [21:47]
Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib
- 29.05.2026 [21:06]
BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib
- 29.05.2026 [15:57]
Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]