Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda COP29 Sədrliyi və UNICEF-in uşaq və gənclərə həsr olunmuş birgə tədbiri reallaşıb VİDEO

Nyu-York, 24 sentyabr, AZƏRTAC

Nyu-Yorkda UNICEF-ın baş ofisində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Qlobal baxışın uşaqlar üçün təmin edilməsi: Uşaqların və gələcək nəsillərin iqlim fəaliyyətinin mərkəzinə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, dünyada yaşayan uşaqların yarısı iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdə yaşayır. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin 88 faizi beş yaşa qədər uşaqların üzərinə düşür. COP29 Prezidenti deyib ki, COP28-də tərəflər BƏƏ Konsensusu çərçivəsində uşaq və gəncləri iqlim fəaliyyətinin mərkəzinə yerləşdirməklə mühüm irəliləyiş əldə ediblər. “İyun ayında Bonnda keçirilən Ekspert Dialoqu BƏƏ Konsensusunun vədini yerinə yetirmək üçün vacib addım oldu. Lakin gələcək nəsillər qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün bizə davamlılıq lazımdır. Bu ayın əvvəlində COP Sədrliklərinin Üçlüyü uşaqlar və gənclər üçün davamlı təsir göstərməyə çalışacağı üç prioritet sahəni açıqlayıb. COP29 Sədrliyi COP29-da və ondan sonra da Üçlük tərəfdaşları olan BƏƏ və Braziliya ilə bu məsələdə davamlı əməkdaşlığa hazırdır”.

Muxtar Babayev əlavə edib ki, COP29 Sədrliyinin vizyonu ambisiyaları artırmaq və fəaliyyətə imkan verməkdir, gənclərə və uşaqlara dəstək bu iki bir-birini gücləndirən təməl prinsiplərə inteqrasiya edilməlidir. Onun sözlərinə görə, uşaqlar üçün maliyyə çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək çoxtərəfli iqlim fondları səfərbər edilməlidir. O bildirib ki, uşaqlar üçün iqlim maliyyəsini açmaqla onları iqlim dəyişikliyinin təsirlərindən qoruyan davamlı sosial infrastruktur yaratmaq mümkündür.

UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində UNICEF-lə belə bir tədbirin təşkili üçün COP29 Sədrliyinə təşəkkür edib. O bildirib ki, iqlim tək planeti deyil, uşaqları da dəyişir. Onun sözlərinə görə, iqlim dəyişikliyi uşaqların və hamilə qadınların sağlamlığı və həyat şəraiti üçün təhdid törədir: “Ölü və vaxtından əvvəl doğuş ehtimalı temperaturun 1 dərəcə artması ilə 5 faiz artır. Dünyada Milli Müəyyən edilmiş Töhfələrin (NDC) yarıdan azı uşaqlara və gənclərə həssaslıqla yanaşıb və yalnız 3 faizi uşaqların birbaşa iştirakı ilə tərtib edilib. İqlim fondlarının maliyyəsinin yalnız 2,4 faizi uşaqlar üçün nəzərdə tutulmuş dəstək proqramlarına sərf olunub”. O, gündəliyi formalaşdırılması ilə bağlı COP29-la sıx işlədiklərini bildirib və uşaq hüquqlarının iqlimlə bağlı fəaliyyət gündəliyinin mərkəzində olmasını təmin etmək üçün əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib.

Tədbirdə çıxış edən Uşaq İqlim vəkili Mariya Marşal, COP28 Gənc İqlim Çempionu və icmanın inkişafı naziri Şamma Al Mazrui, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər çıxışçılar uşaqları iqlim mövzusunun mərkəzinə qoymaq istiqamətində atılan addımlar, COP28 zamanı bu istiqamətdə görülən işlər, Azərbaycan COP29 çərçivəsində nə kimi tədbirlər həyata keçirəcəyi istiqamətində müzakirələr aparıblar.

Sonda çıxış edən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova deyib ki, COP29-a 49 gün qalmış bütün səyləri sərf etmək və uşaqları bir daha iqlim müzakirələrinin mərkəzinə qoymaq çox vacibdir. Onun sözlərinə görə, Gənc İqlim Çempionunun rolu əsasən həm uşaqların, həm də gənclərin iqlim fəaliyyətində iştirakını asanlaşdırmaqdan ibarətdir. “Bizim təşəbbüsümüz və UNICEF-in dəstəyi ilə COP29 zamanı uşaq və gənclərin səslərini yüksəltmək üçün müxtəlif imkanlar təklif ediləcək. Biz hazırda uşaq və gənclər cəmiyyəti olan YOUNGO ilə müzakirələrdə Gənclərin İqlim Forumunda uşaqların ehtiyac və maraqlarını vurğulayırıq, uşaq və gənclər pavilyonunun irsinin davam etdirilməsi üçün gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Ekspert Dialoqunun davamı olaraq iqlimlə bağlı qərarların qəbul edilməsində və fəaliyyətində uşaq hüquqlarının əsas istiqamətlərinin müzakirəsi üçün tədbirlər keçiririk”,- deyə Gənc İqlim Çempionu bildirib. O, maraqlı tərəfləri bu tədbirlərə qoşulmağa, gəncləri və uşaqları dinləməyə dəvət edib və bu istiqamətdə COP Sədrlərinin Üçlüyü ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Nyu-Yorkda COP29 Sədrliyi və UNICEF-in uşaq və gənclərə həsr olunmuş birgə tədbiri reallaşıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur