Xocalı, Xankəndi və Ağdərədə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
Xankəndi, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Xocalı, Xankəndi və Ağdərədə də bir dəqiqəlik sükutla anılıb. Küçələdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.