Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib VİDEO
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib, bəzi ərazilər susuz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.