“36-DAN 6-SI…” TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANMIŞDIR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından AZƏRTAC-a bildirmişlər ki, tanınmış gürcü dramaturqları İnna Qaruçavanın və Pyotr Xotyanovskinin “Mistifikator” əsəri əsasında “36-dan 6-sı…” tamaşasının məşqlərinə başlanmışdır.
Rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan yeni səhnə əsərində əsas rollarda xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Təzəgül Məmmədova, aktyorlardan Atabala Səfərov, Yaqub Zeynalov və başqaları məşq edirlər.
Təqdimatı iyun ayında nəzərdə tutulan tamaşanın quruluşçu rəssamı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Sevinc Həsənova, musiqi tərtibatçısı Həmid Kazımov, səhnə tərtibatı üzrə bədii rəhbəri Ağarəhim Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]